İŞİD-in neçə milyon valyuta ehtiyatı var?

147

İraq və Suriyada mövcudluğunu davam etdirən terror təşkilatı İŞİD-in 100 milyon dollar valyuta ehtiyatı olduğu təxmin edilir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İŞİD və Əl-Qaidə ilə bağlı hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, terror təşkilatının Suriya və İraqda təxminən 10 min aktiv döyüşçüsü var və əksəri İraq ərazisində qəsbkarlıq, adam qaçırtma və fidyə müqabilində pul toplamaqla məşğuldur.