Çin: ABŞ-la əlaqələr normallaşacaq, lakin…

162

Çin ABŞ-la münasibətlərin normallaşacağına və bunun hər iki xalqın maraqlarına cavab verən obyektiv və rasional inkişafa səbəb olacağına inanır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.

O, Çin və ABŞ-ın planetdə stabilliyin təminatı ilə bağlı daha böyük məsuliyyət daşıdığını bildirib.

XİN rəsmisi ölkələrin qarşılıqlı maraqlar çərçivəsində konstruktiv əlaqələr yarada biləcəyini qeyd edib:

“Amma Pekin üçün onun suverenliyinə, təhlükəsizliyinə və maraqlarına təcavüz qəbuledilməzdir”.