Ukrayna heç vaxt buna icazə verməyəcək – Kuleba

218

Ukrayna heç bir xarici dövlətin milli azlıqlar sahəsində ölkənin yeni qanunvericiliyinin məzmununa təsir etməsinə icazə verməyəcək.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

Ukraynanın milli azlıqlarla bağlı beynəlxalq öhdəliklərə əməl etmək niyyətində olduğunu deyən nazir onların milli kimliklərinin qorunub saxlanılmasına üstünlük verməyə davam edəcəklərini qeyd edib:

“Məqsəd milli azlıqların nümayəndələrinin öz şəxsiyyətlərini 100 faiz qoruyub inkişaf etdirə bilmələridir”.