Fransız ekspert: Makron anladı ki, Ərdoğanla münaqişə olmaz

196

Emmanuel Makron Türkiyə ilə müzakirə kartını oynamağın münaqişə etməkdən daha yaxşı olduğunu anladı.

Sosialmedia.az xəbər verir ki, bu sözləri fransalı ekspert Bertrand Badi bir neçə gün öncə Ərdoğanla Makron arasında baş tutan telefon danışığını “Le Parisien” qəzetinə şərh edərkən deyib.

O, gözlənilməz telefon danışığının bir neçə səbəbi olduğunu deyib və xüsusilə Türkiyənin regional güc olmasına diqqət çəkib:

“Türkiyə önəmli NATO müttəfiqidir. Makron müzakirələrin münaqişədən daha yaxşı olduğunu anladı. Amma avropalı müttəfiqlər Makronun yolu ilə getməyə hazır deyillər”.