Zelenski bu oliqarxa sanksiya tətbiq edəcək

305

Ukraynada oliqarx İqor Kolomoyskiyə sanksiya tətbiq edilə bilər.

Sosialmedia.az xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordon deyib.

“İstisna etmirəm ki, Vladimir Zelenski İqor Kolomoyskidən başlayaraq, biznesmenlərə sanksiya tətbiq edəcək. Hətta istisna etmirəm ki, bu, sabah olacaq”, – Qordon bildirib.

Qordon Ukrayna üçün etdiklərinə görə Kolomoyskiyə sanksiyaları dəstəkləmədiyini qeyd edib:

“Məhz İqor Kolomoyski Dnepropetrovsk (indiki Dnepr – red), Zaporojye və Odessanın “rus dünyası”nın bir hissəsinə çevrilməməsində mühüm rol oynayıb”.

Qeyd edək ki, martın 5-də ABŞ ukraynalı oliqarx İqor Kolomoyskiyə sanksiya tətbiq edib.