Rusiya Cənubi Amerikada qeyri-sabitlik yaradır

428

Rusiya Cənubi Amerikada qeyri-sabitlik yaradır.

Sosialmedia.az xəbər verir ki, bu ittihamla amerikalı konqresmen Albin Siris çıxış edib.

“Venesuelaya gəldikdə, mən Rusiyanın bu ölkənin işlərinə daha çox qarışdığına görə narahatam. Onlar (Rusiya) regionu qarışdırmaq istəyir. Kolumbiyadakı səfirimizlə danışdım. 2019-cu ildə Rusiya 6 min insanı Kolumbiyadan keçirib və 3 rusiyalını Kolumbiyadan qovublar. Kolumbiya ruslar üçün heç də çimərlik yeri deyil. Ruslar Kolumbiyada sabitliyi pozmaq üçün Venesueladan istifadə edir. Ümid edirəm ki, ABŞ Rusiyanın qonşularımızdakı fəaliyyətinə və qeyri-sabiltlik yaratmaq cəhdlərinə diqqət edəcək”, – deyə A.Siris bildirib.