Postpandemiya dövrü: Bu ölkələr geri qalacaq

139

2021-ci ildə dünya koronavirus pandemiyasının yaratdığı böhrandan sonra tez bir zamanda bərpa olunacaq, lakin bəzi ölkələr inkişafda geri qala bilərlər.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Blumberq” mütəxəssisləri bildiriblər.

Agentlik ABŞ və Çini “postpandemiya dünyası”nın liderləri adlandırıb:

“Bu ilin birinci rübündə dünya iqtisadiyyatı 1,3% artım göstərib. Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Yaponiyada ÜDM-in azalması müşahidə olunarkən, ABŞ-da yüksək artım tempi var. Rusiya, Braziliya və Hindistan artım tempinə görə hələ ki, Çinə uduzur”.