“YAŞAT” Fondunun qazilərimizə və şəhid ailələrinə xərclədiyi vəsait AÇIQLANDI

176

Bu günə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) vətəndaşlar tərəfindən 35 milyon manatdan çox ianə edilib.

Sosialmedia.az bildirir ki, Bu barədə Fondun saytında qeyd edilib.

Toplanan ümumi məbləğin sayı 36 milyon 189 min manatdır. Onlardan 19 milyon 978,8 min manatı xərclənib.

Eyni zamanda, indiyə qədər 2 881 şəhidin ailə üzvləri, habelə 2 735 yaralı olmaqla ümumilikdə 14 240 şəxs ziyarət edilib.

Vətəndaşlar vəsaitin hara xərclənməsi və digər məlumatları fondun portalından izləyə bilərlər