“Eşkiya dünyaya hökmdar olmaz”ın aktrisası vəfat etdi

266

Türkiyənin məşhur aktrisası Sabina Toziya vəfat edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə prodüser Bahadır Özdənər sosial şəbəkədə hesabında bildirib.

75 yaşlı aktrisa Makedoniyadan qayıdarkən anidən vəziyyəti pisləşib.

Beynində şiş tapılan S.Toziya Makedoniyanın səhiyyə naziri Venko Filipce tərəfindən əməliyyat olunub.

Əməliyyatdan sonra 75 yaşlı aktrisanın sağ tərəfi iflic olub.

Qeyd edək ki, Sabina Toziya “Eşkiya dünyaya hökümdar olmaz” serialı ilə daha çox tanınıb.