” İstedadlı Əlillər ” ictimai birliyinə yeni müavin təyin olundu

250

Sosialmedia.az bildirir ki, İstedadlı Əlillər İctimai Birliyinin İdarə heyətinin qərarına əsasən Quluyev Rafail Ağamir oğlu “istedadlı əlillər”ictimai birliyinin Tədbirlərin təşkili üzrə birliyin müavini təyin olunub.
Rafail müəllimə uğurlar diləyirik.

Quliyev Rəfail Ağamir oğlu 05.02.1963-cü ildə Lerik rayonun Bobla kəndində anadan olub.

1978 ci ilin sentyabrında M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumna daxil olub,1982-ci ildə Texnikomu bitrib.

Elə həmin ildə də təyinatla doğulduğu Lerik rayon Maarif şöbəsinə göndərilib.
Bir il ixtisası üzrə işlədikdən sonra 1983-cü ildə Sovet ordu sıralarına çağırılıb.

1985 ci ildə hərbi xidməti başa vurub. Həmin ildən ixtisası üzrə yenidən pedaqoji fəaliyyətini davam etdirib.

2004 cür ildə ailəsi ilə Bakı şəhərinə köçdüyü üçün pedaqoji fəaliyyətini dayandırıb.

2007-2009-cü illərdə Binə Bələdiyyəsinin vergi şöbəsində işləyib.

Şəxsi işində xəsarət alaraq ağır cərrahiyyə əməliyyatı keçirib.

2009 cü ilin may ayından əlil arabasnda ümumi səbəbdən 1 ci dərəcəli əlİlliyi olan şəx olaraq oyma sənəti üzrə pedoqoq müəlim kimi könüllü fəaliyyət göstərir.
Ailəlidir. Beş övladı var.