Batumidə binanın uçması nəticəsində ölənlərin sayı artdı

196

Gürcüstanın Batumi şəhərində çökmüş binanın dağıntıları altından 5 meyit çıxarılıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, onlardan biri uşaqdır.

Ərazidə təmizləmə və axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, indiyədək bir neçə nəfər dağıntılar altından sağ çıxarılıb.