Ticarət mərkəzində yanğın tıxaca səbəb oldu

150

Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.