Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb

114

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.

Sosialmedia.az Report-a istinadən istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.

Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb.

Atəş açan əsgər daha 2 hərbçi yoldaşını yaralayıb.

Hadisənin təfərrüatı araşdırılır.