Aİ liderlər arasında birbaşa ünsiyyətə çalışır – Səbəb

154

Ehtimal etmək olar ki, Avropa İttifaqı liderlər arasında birbaşa ünsiyyətin qurulmasına şərait yaratmağa çalışır.

Sosialmedia.az xəbər verir ki, bunu erməni politoloq Norayr Dunamalyan dekabrın 14-də Brüsseldə keçirilən Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın görüşünü şərh edərkən deyib.

“İstisna etmək olmaz ki, avropalılar bununla Moskvanın Qarabağda və ümumilikdə Ermənistan və Azərbaycan münasibətlərindəki diplomatik fəaliyyətini mümkün qədər məhdudlaşdırmaq istəyirlər”, – o sözlərinə əlavə edib.

Dunamalyanın sözlərinə görə, ilk baxışdan belə görünə bilər ki, Avropa İttifaqı özü delimitasiya və demarkasiya prosesində moderator olmaq istəyir:

“Əslində, Brüssel Moskvanın sarsılmaz rolunu anlayır. Avropa İttifaqının özü münaqişənin həlli üçün platforma ola bilməz”.