Şəhidin evi önündə izdiham

118

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində bu gün şəhid olan Ayaz Azər oğlu Nəzərovun Tovuz rayon Bozalqanlı kəndindəki evinin qarşısında insan izdihamı yaşanır.

Sosialmedia.az bildirir ki, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri şəhidimizin evi önünə toplaşıb.

Ayaz Nəzərovun sabah Tovuz rayonunda dəfn olunacağı gözlənilir.

Məlumat üçün bildirək ki, 24 yaşlı Ayaz Nəzərov ailənin ikinci oğludur. O, subay idi.

A.Nəzərov silahlı qüvvələrimizin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçib.

Allah rəhmət eləsin!