Eyvazov generalı vəzifəsindən azad etdi

156

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan Dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini Əkbər Yusifov vəzifəsindən azad edilib.

Sosialmedia.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis general-mayoru daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib