Gözü yolda qalan şəhid ruhları

162

Bir informasiya oxudum.Aygünün adına bağ salanıb.Nə deyək barlı- bağatlı olsun.

3 il öncə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev jurnalistlər parkını salanda bir xahiş eddim, o da söz verdi. Xahişim isə Şəhidlər parkının salınması idi.İki il sonra cənab Naziri o məkanda bir daha gördüm. Xahişimi xatırlatdım. Nazlı- qəmzəli mətbuat katibinə tapşırıq verdi ki, xatırlatsın.

Məni dəvət etsinlər məsləhətləşmələr edək. Ondan sonra bir- iki dəfə də belə aksiyalar keçirdilər.Məni isə ora çağırmadılar.

Əvəzində görürdüm ki, orada abırsız, min üzü olan media kapitanları başdadılar. Söhbət mənim ora çağırılmağım deyil , Şəhidlər parkı məsələsinin ertələnməsidir.Hər aksiyaya vaxt, məkan tapırlar.

Görünür o qədər torpaq satılıb ki, 2 hektar tapmırlar şəhidlərimizin adını daşıyacaq parka… Bizdə müğənniyə, manısa hörmət vətənpərvər insanlara olan qayğıdan daha çoxdur.Kimisə təhqir etməkdən uzağam.

Unutmayın, dövlət bizlərin çiynində bərqərardır!

Mətanət Əsgərqızı, Müstəqil jurnalist, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri