Bakıda 34 yaşlı qadını avtomobil vurub

190

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sosialmedia.az “Report”a istinadən məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Hacıyeva Sevinc Azər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.