Koronaya görə distant təhsilə keçən sinif və məktəblərin sayı…

207

Azərbaycanda koronavirusa görə distant təhsilə keçən sinif və məktəblərin sayı açıqlanıb.

Sosialmedia.az bildirir ki, Təhsil Nazirliyindən Axar.az-a bildirilib ki, 16 fevral tarixinə görə distant təhsildə olan sinif sayı 93, məktəb sayı isə 8-dir.

Qeyd edək ki, ölkədə aşağı siniflər üzrə əyani tədris sentyabrın 22-dən, yuxarı siniflər üzrə isə sentyabrın 29-dan başlayıb.