Bakı-Kiyev-Bakı aviareysi ləğv edildi

129

NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın “Buta Eyrveys” aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünkü reysini ləğv edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Buta Eyrveys”in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.