Buraxılış imtahanında üç nəfər yüksək bal topladı

202

12 və 13 mart tarixlərində keçirilmiş buraxılış imtahanında üç nəfər yüksək bal toplayıb.

Sosialmedia.az bildirir ki, Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a bildirilib ki, imtahanda Bakı şəhəri 245 saylı məktəbin məzunu Abbasova Səbirə Şahin qızı, Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin məzunu Zeynallı Xaqani Nizami oğlu və Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin məzunu Sadıqlı Nərmin Arif qızı 297.5 bal toplayıblar.

Onlar doqquzuncu sinif buraxılış imtahanında da yüksək nəticə – müvafiq olaraq 244.7 bal, 296.7 bal və 290 bal toplayıbar.