Bakı metrosunun əməkdaşı ürəktutmadan öldü

203

Bakı Metropoliteni QSC-nin əməkdaşı, 1961-ci il təvəllüdlü Vamiq Həsənov ürəktutmadan vəfat edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saatlarında “28 May” stansiyasında baş verib:

“Stansiyalara giriş açılmazdan əvvəl süni qurğular təmirçisi V. Həsənov gecə növbəsindən işdən çıxarkən ürək çatışmazlığından dünyasını dəyişib. Onun ürəyində narahatlığı olub və bundan öncə infarkt keçirib”.