Türk mediası Şuşadan yazdı

214

Türkiyənin “TRT Haber” saytında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada aparılan quruculuq və bərpa işləri haqqında məqalə dərc olunub.

Sosialmedia.az xəbər verir ki, məqalədə Şuşadakı tarixi binalardan bəhs edilir.

“Tarixi tikililərin bəziləri ermənilərin işğal dövründə zədələnib, bəziləri isə tamamilə dağıdılıb. Şuşada bərpa işləri sürətlə davam edərkən, şəhərin yolları və infrastrukturu da yenilənir.

Şuşa mədəni və tarixi irsi ilə yanaşı, həm təmiz havası, həm də təbiəti ilə də seçilir. Dəniz səviyyəsindən 1403 metr yüksəklikdə salınan şəhər “Turşsu” adlı mineral suyu ilə də tanınıb. Eyni zamanda, Ermənistanın işğalından əvvəl insanların istirahət etdiyi bölgə olub.

Cıdır düzü də Şuşanın təbii gözəlliklərini göstərən mühüm yerlərdən biri sayılır. Uzun fasilədən sonra ənənəvi “Xarı bülbül” musiqi festivalı 2021-ci ilin may ayından Cıdır düzündə keçirilməyə başladı”, – məqalədə bildirilib.