Nazir müavini Şirvan şəhərində vətəndaşları qəbul edib

735

Sosialmedia.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Şirvan şəhərində həmin şəhərin və Hacıqabul rayonunun sakinlərini qəbul edib.

Qəbul zamanı Nazirliyin səlahiyyət dairəsinə aid vətəndaş müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.

Qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq məlumatlandırma aparılıb.