Əsgər Səid Abdullazadə dəfn olundu

265

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Səid Məzahir oğlu Abdullazadə doğulduğu Şamaxı rayonunun Məlikçobanlı kəndində dəfn edilib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Şamaxı rayon İH-dən bildirilib.

Dəfn mərasimində rayon İH-in və mərhumun xidmət etdiyi hərbi hissənin nümayəndələri iştirak edib.

Qeyd edək ki, 31 mart 2003-cü il təvəllüdlü Səid Abdullazadə ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində avtomatdan atəş açaraq, intihar edib.

Səidin bir qardaşı, iki bacısı var.