ELAN: Diqqət! Diqqət! Sorğu keçirilir

291

Hörmətli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri,
İctimai şuralara keçirilən seçkilərin şəffaflığının dəyərləndirilməsi və perspektivdə seçki prosedurları və şuraların fəaliyyətinin təkmilləşdirilməsi, tövsiyələrin hazırlanması məqsədilə VCT-lər arasında sorğu keçirilir.

Sosialmedia.az xəbər verir ki, sorğu USAİD tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltınq və Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması ilə birgə icra olunan “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilən “Səhiyyə sahəsində ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” istiqamətində fəaliyyətlər sırasında dəstəklənir.

Diqqətinizə çatdırırıq ki, sorğunun keçirilməsi zamanı anonimlik qorunur, cavablardan yalnız ümumi şəkildə istifadə olunacaqdır.

Sorğunu aşağıda qeyd olunun linkə daxil olmaqla cavablandıra bilərsiniz.

İctimai Şuralara seçkilərin keçirilməsi barədə Sorğu
Sizlərin cavabı ictimai iştirakçılığa verdiyiniz önəmli töhfə olacaq.
Öncədən təşəkkürümüzü bildiririk!

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri,
Ziba Nəbiyeva