Kəlbəcərdəki tapıntı: İki erməni Su-25-i… – Foto

164

Azərbaycan hərbçiləri Zod qızıl mədəni yaxınlığında Su-25 hərbi təyyarəsinin fraqmentləri tapıblar.

Sosialmedia.az Caliber.az-a istinadən xəbər verir ki, bu fakt Ermənistan Müdafiə Nazirliyinin saxtakarlarlıqlarından birini üzə çıxarıb.

Hələ 44 günlük müharibənin ilk günlərində nazirlikdən bildirilmişdi ki, guya Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistana məxsus Su-25-i vurub. Əslində isə o zaman səmada iki erməni Su-25-i toqquşub. Ermənistan Müdafiə Nazirliyi tərəfindən hadisədə xəyali Türkiyə F-16-sının iştirakına dair heç bir sübut təqdim olunmamışdı.