Sağlam Ailə Sağlam millət layihəsi çərçivəsində İsmayıllıda təlim təşkil olundu

115

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi, “Ailə məktəbi” çərçivəsində Sağlam Ailə-Sağlam Millət” layihəsi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant musabiqəsinin qalibi olmuşdur.

Layihənin məqsədi ölkəmizdə boşanmaların qarşısını qisməndə olsa almaq, millətin gələcəyi olan uşaq və gənclərin sağlam mühitdə böyümələrinə sağlam ailə modelimizin möhkəmləndirilməsinə və xöşbəxt ailələrin çoxalmasına dəstək verməkdir. Bunun üçün birlik  gənclərin maarifləndirilməsini məqsədə uyğun hesab etmiş və “Ailə məktəbi” çərçivəsində “Sağlam Ailə-Sağlam Millət” layihəsinin icrasını öhtəsinə götürmüşdür.

Layihə çərçivəsində gənclərlə daha sağlam mühitdə işləmək üçün ölkəmizin cənnət güşələrindən birinə maarifləndirici və əyləndirici tur təşkil ediləcəkdir. Burada təlim, qidalanma, iki dəfə çay süfrəsi, nəfəs idmanı və psixoloji oyunlar keçirilməsi nəzərdə tutulmuşdur. 

Növbəti maarifləndirici turumuz 8 oktyabr 2022-ci il tarixində İsmayıllıda keçirilmiş, 30 nəfər iştirakçı və ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycanda ailə dəyərlərimizə yüksək qiymət verən Qeyri Hökümət Təskilatlarına Dövlət Dəstəyi Agentliyinə öz dərin minnətdarlığımızı bildiririk.