“Fiziki-məhdudiyyətli şəxslərin cəmiyyətə idmanla inteqrasiyası” adlı layihənin ilk tədbiri keçirildi

167

Sosialmedia.az xəbər verir ki, 11 oktyabr 2022-ci il tarixində “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin dəstəyi ilə “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Fiziki-məhdudiyyətli şəxslərin cəmiyyətə idmanla inteqrasiyası” adlı layihəsinin I mərhələsi Bakı Reabilitasiya Mərkəzində baş tutdu. Layihənin məqsədi əlilliyi olan şəxsləri paralimpiya idman növləri ilə tanış etmək və onları idmanla məşğul olmaqlarına dəstək olmaqdır.

Fiziki-məhdudiyyətli şəxsləri bərabərhüquqlu cəmiyyətə adaptasiya etməkdir. Tədbirdə “Arabaçı Əlillər Şəbəkəsi”nin sədri Ruhin Cəfərov, Bakı Reabilitasiya Mərkəzinin direktoru Şahin Qurbanov, “Arabaçı Əlillər Şəbəkəsi” nin təsisçisi, Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti, I Qarabağ qazisi İlham Məhərrəmov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi psixo-sosial reabilitasiya sahəsinin koordinatoru, psixoloq Fatimə Kərimli, “Bayraqdar – Vətənpərvərliyin təbliğatına dəstək” İctimai Birliyinin sədri, “Bayraqdar” televiziya layihəsinin rəhbəri Nərmin Kazımova, Bakı Reabilitasiya Mərkəzinin Əmək Terapiyası üzrə təlimatçısı Xəyalə Vəliyeva, Bakı Reabilitasiya Mərkəzinin psixoloqu Mikayıl Əliyev, 1 qat Paralimpiya, 3 Qat Dünya, 1 qat Avropa və Bakı 2017 İslam Oyunlarının Çempionu, Dünya rekordçusu Oloxan Musayev, 2020-ci il Tokio Paralimpiya oyunlarının çempionu, Avropa, Dünya, Paralimpiya rekordçusu Elvin Aslanov, Xətai Qazilər İctimai Birliyinin sədri İlham Həsənov, Azərbaycan Boccia Federasiyasının əməkdaşları Mələk Rüstəmova, Nərgiz Kərimova və İkinci Vətən müharibəsinin qaziləri fikirlərini bölüşdülər. Tədbirin sonunda “Arabaçı Əlillər Şəbəkəsi”nin təsisçisi İlham Məhərrəmov iştirakçıların suallarını cavablandırdı və təşkilatın sədri Ruhin Cəfərov layihə iştirakçılarına sertifaktlar təqdim etdi. Layihənin ilkin mərhələsi yekunlaşdı.