Şuşada daha 15 yaşayış binası inşa edilir

148

Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a qoruqdan məlumat verilib.

Ümumilikdə 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə ARCHİCO MMC tenderin qalibi elan olunubdur. Tender şərtlərinə görə şirkət tərəfindən avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikiləcək.

Həmçinin adı çəkilən şirkət tikinti başa çatdıqdan sonra binaların 24 ay ərzində istismarına da zəmanət verəcək.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin məlumatına əsasən qeyd olunur ki, Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir. Binalar müasir görüntülü və yerli hava şəraitinin tələblərinə uyğun olaraq tikilməkdədir.