Ailə məktəbinin yekun müzakirəsi və layihə çərçivəsində hazırlanmış sosial çarxın təqdimatı keçiriləcək

149

[20:54, 2022-10-25] Nərminə Davamli Turuzm İb: “Davamlı Turizmin İnkişafına Dəstək”  İctimai Birliyi, “Ailə məktəbi” çərçivəsində Sağlam Ailə-Sağlam Millət” layihəsi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant musabiqəsinin qalibi olmuşdur.
Layihənin məqsədi ölkəmizdə boşanmaların qarşısını qisməndə olsa almaq, millətin gələcəyi olan uşaq və gənclərin sağlam mühitdə böyümələrinə sağlam ailə modelimizin möhkəmləndirilməsinə və xöşbəxt ailələrin çoxalmasına dəstək verməkdir. Bunun üçün birlik gənclərin maarifləndirilməsini məqsədə uyğun hesab etmiş və “Ailə məktəbi” çərçivəsində “Sağlam Ailə-Sağlam Millət” layihəsinin icrasını öhtəsinə götürmüşdür.
Layihənin əsas məqsədi ölkəmizdə nigaha daxil olmaq yaşına gəlmiş və nigaha daxil olmağı planlaşdıran gənclərin öncədən “Ailə məktəbi” kursu keçməsinin vacibliyini və əhəmiyyətini cəmiyyətə çatdırmaqdır. 
Bunun üçün birlik layihənin və layihədə  nəzərdə tutulan mövzuların effektivliyini və gənclərin nə dərəcədə maraqlı olduğunu müəyyən etmək üçün
[20:54, 2022-10-25] Nərminə Davamli Turuzm İb: iki qrup olmaqla altmış nəfər xanımla işləmişdir. Layihə çərçivəsində gənclərlə daha sağlam mühitdə işləmək üçün ölkəmizin cənnət güşələrindən birində maarifləndirici və əyləndirici tur təşkil etmişdir. Burada təlim, qidalanma, iki dəfə çay süfrəsi, nəfəs idmanı və psixoloji oyunlar keçirilmiş, ailənin qorunması və düzgün idarə olunması mexanizmləri haqqında ekspert Aynur Zülfüqarlı və layihənin rəhbəri Nərminə Qəribova tərəfindən geniş məlumatlar verilmişdir.  

Ailə məktəbinin yekun müzakirəsi və layihə çərçivəsində hazırlanmış sosial çarxın təqdimati 29 oktyabr 2022-ci il tarixində keçiriləcəkdir.

Xalqımızın ailə dəyərini qorumaq istəyən və bu sahədə deməyə sözü olan hər kəsi 29 oktyabr, saat 14:00 da muzakirəmizə dəvət edirik. 

Hörmətlə, Nərminə Qəribiva

Ünvan: Yasamal, rayonu Mətbuat pr.529 Azərbaycan Nəşriyyatı 3-cü mərtəbə

Telefon: (055)705-44-44