Xəzər rayonunda “Böyük Qayıdış”ın əsası kimi” mövzusunda müzakirə-dinləmə keçirildi

139

Sosialmedia.az xəbər verir ki, Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad edilən ərazilərin məşğulluq və biznes potensialı: “Böyük Qayıdış”ın əsası kimi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir.

Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Çərkəz Tanrıverdiyev, Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Xəzər rayon ərazi idarəsindən İlqar Məmmədli, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Toğrul Cavadov, Dövlət Məşğulluq Agentliyinin Xəzər rayon şöbəsinin nümayəndəsi Xəyyam İsmayılov, Qarabağ Əlilləri və Veteranları ictimai birliyinin sədr Növrəstə Yusifova və Xəzər rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişdir.

Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, 2020-ci ilin sentyabr ayında başlayan, 44 günlük müharibədən sonra Azərbaycanın tarixi zəfəri ilə başa çatan II Qarabağ Savaşı nəticəsində 30 ildən çox Ermənistan silahlı birləşmələrinin işğalında olan Azərbaycan əraziləri azad edilib. Qarabağ zəfəri bütün istiqamətlərdə olduğu kimi məşğulluq və sosial təminat sahəsində yeni və strateji çağırışlar yaratmışdır. Beləki, hazırda icrasına başlanılan sürətli bərpa prosesi qısa zaman zonra əhalinin həmin ərazilərə köçürüləcəyi ümidlərini artırır.” Daimi məskunlaşdırma prosesi nə qədər vaxt alacaq? Əmək bazarında əsasən hansı peşələrə tələb yaranacaq? Dövlətin bölgənin orta və uzunmüddətli inkişafnı necə görür və nələr planlaşdırılır? Özəl sektorun əraziyə daxil olması ilə bərpa prosesi paralellik təşkil edəcəkmi? bu və digər sualları cavablandırdı.

Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək, layihə haqqında geniş və ətraflı məlumat verdi. O, həmçinin qeyd etdi ki, bazar iqtisadiyyatına keçid dövründən öncə Azərbaycan iqtisadiyyatında xüssusilə kənd təsərrüfatı böyük paya malik idi. Növbəti iyirmi ildə həmin ərazilərdə 600 min iş yerlərinin yaranması proqnozlaşdırılır ki, bunun 140 mini kənd təsərrüfatı və ikinci ən böyük ticarət-nəqliyyat xidmətləri yer tutur. Burada taksi xidmətindən tutmuş kütləvi sərnişin daşınma və ticarət xidmətlərinin təşkilidir ki, burada da 82 min işçiyə təlabat yaranacaqdır.

Tədbirə dəvət olunmuş Xəzər rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Çərkəz Tanrıverdiyev, Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Xəzər rayon ərazi idarəsindən İlqar Məmmədli, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Toğrul Cavadov, Dövlət Məşğulluq Agentliyinin Xəzər rayon şöbəsinin nümayəndəsi Xəyyam İsmayılov tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı və iştirakçıların təklifləri dinlənildi.

Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.