Gələn il Qarabağın bərpasına ayrılacaq vəsait…

162

2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdış planının təsdiq edilməsi üçün 3 milyard manat ayrılması nəzərdə tutulur.

Sosialmedia.az xəbər verir ki, bu barədə Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilib.

Qeyd edək ki, bu, 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.