QHT Agentliyinin dəstəyi ilə Hacıqabulda rentgen müayinələri və maarifləndirici tədbir keçirilib

209

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihənin icrasını davam etdirir.

İcra olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, kontaktlarını məlumatlandırmaq və həmin şəxslərin ağciyərlərinin rentgen müayinəsindən keçirərək, vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir.

Sosialmedia.az xəbər verir ki, layihə çərçivəsində İlk tədbir 24-25 oktyabr tarixində Hacıqabul rayon Mərkəzi Xəstəxanasında vərəmin təsirinə məruz qalmış şəxslər və onların ailə üzvləri arasında keçirilib.

Tədbirdə “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri, layihə konsultantı Elçin Muxtarlı, layihənin rəhbəri Samirə Muxtarova, ekspert Pərvanə Vəliyeva, texniki işçilər Zülfüqar Əbülhəsənov və Abbas Məmmədov iştirak ediblər.

Tədbirin birinci hissəsində layihənin əməkdaşları Hacıqabul rayon Mərkəzi Xəstəxanası direktoru Fərhad Səmədovla və Vərəm kabinetinin ftiziatrı Səbuhi Ələkbərovla görüş olub.

Təşkilatın sədri Elçin Muxtarlı açılış nitqi ilə çıxış edərək, təşkilatın fəaliyyəti haqqında məlumat verib, görüşün önəmini iştirakçıların diqqətinə çatdırıb və layihəyə verdiyi dəstəyə görə QHT Agentliyinə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən layihə rəhbəri Samirə Muxtarova öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB- in rəhbərliyinə eyni zamanda Hacıqabul rayon Mərkəzi Xəstəxanası direktoruna və vərəm kabinetinin ftiziatrına minnətdarlığını bildirib. Layihə rəhbəri Samirə Muxtarova təqdimat vasitəsilə iştirakçılara vərəm, COVİD-19 infeksiyası, Hepatit, İİV/QİÇS, cinsi yolla keçən infeksiyalar barədə geniş məlumatlar və tövsiyələr verib.

Layihənin eksperti Pərvanə Vəliyeva yolxucu xəstəliklərin profilaktikası və erkən aşkarlanmanın əhəmiyyətindən danışıb.
Tədbirdə digər donor tərəfdən ərsəyə gələn vərəm xəstəliyə barədə qısa metrajlı film və vərəmə aid şüarlar “Eşitmə və Nitq Məhdudiyyətli Uşaqların” surdo versiyasında videoçarx və Yaponiyanın “Fujifilm” şirkətinə məxsus, süni intelektə malik, portativ, “FDR Xair” rentgen aparatı haqqında, onun digər rentgen aparatlarından üstün xüsusiyyətləri barədə videoçarx nümayiş olunub.

İştirakçılara vərəm xəstəliyi barədə maarifləndirici bukletlər, infeksion nəzarət qaydalarına riayət olunması üçün maskalar paylanıb. Layihənin icrası zamanı layihənin viziuallığını və əhəmiyyətliyini təmin etmək məqsədi ilə banerdən istifadə edilib.

Tədbirin ikinci hissəsində vərəm xəstələrinin və ailə üzvlərinin ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.
Qeyd edək ki, “FDR Xair”, portariv, süni intellekt üstünlüyünə malik, rəqəmsal rentgen aparatı “Sağlamlığa Xidmət” İB tərəfindən Yaponiyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi və STOP TB- nin konsultativ dəstəyi ilə Azərbaycana gətirilib.
Tədbirin ikinci günündə Hacıqabul rayonunda “vərəmin erkən aşkarlanmasına dəstək” adlı layihənin əməkdaşları Hacıqabul rayonunundan uzaq məsafədə yaşayan 4 vərəm xəstəsinin ailəsinə baş çəkərək, onların ailə üzvləri və yaxın kontaktları ilə görüşüb.

İlk öncə layihə rəhbəri Samirə Muxtarova ailələrlə görüşdə 12 nəfərə yolxucu xəstəliklər, xüsusilə vərəm xəstəliyi barədə ətraflı məlumat verib. Daha sonra vərəmin erkən aşkarlanmasına dəstək olaraq, vərəm xəstələrinin, onların yaxın kontaktlarının ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.
Hacıqabul rayonunda keçirilən tədbirdə ümumilikdə 50 nəfər şəxsin yolxucu xəstəliklər barədə məlumatlandırılması və vərəmin erkən aşkarlanmasına dəstək olaraq 30 nəfər şəxsin ağciyərlərinin rentgen müayinəsi təşkil olunub.
Tədbirin zamanı təşkilatın sədri Elçin Muxtarlı ailələrdə olan uşaqlara hədiyyələr təqdim edib. Eyni zamanda layihə çərçivəsində vərəm xəstəliyi barədə maarifləndirici bukletlər, infeksion nəzarət qaydalarına riayət etmək üçün maskalar paylanıb.

Maarifləndirici məlumatların təqdim edilməsi və erkən aşkarlanmaya dəstək olan rentgen müayinəsinin təşkil olunması tədbir iştirakçılarının marağına səbəb olmuş və belə maarifləndirici tədbirlərin davamlı olaraq təşkil olunmasını arzu etmişlər.
Növbəti tədbir 10-12 noyabr tarixində Bərdə rayonunda keçiriləcək.