Layihə çərçivəsində Şabranda plakat – panno quraşdırılıb – FOTO

184

Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şabran rayonunda ətraf mühitin qorunması, yaşıllıqların artırılması və meşə massivlərinin mühafizəsinin ekoloji tarazlıqın təmin olunmasında mühüm rolu” mövzusunda təbliqat və təşviqat işlərinin aparılması layihəsini həyata keçirir.

Sosialmedia.az xəbər verir ki, layihə çərçivəsində Şabran şəhərinin mərkəzi hissəsindən keçən M.Ə.Rəsulzadə küçəsində uzunluğu 10,48 metr, eni isə 1,62 metr olan plakat – panno quraşdırılmışdır.

Plakat – pannoda təbiət mənzərələri fonunda ekoloji problemlərin həllinə yönəldilmiş təbliqat – təşviqat xarakterli çağırış şüarları əks etdirilmişdir.
Layihənin icrası davam edir.