Ər və arvad dəm qazından zəhərlənərək ölüblər

107

Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüblər.

Sosialmedia.az bildirir ki, hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Kənd sakinləri – 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək keçiniblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.