Dövlət Sosial Müdafiə Fondunda “Socieux+” texniki yardım proqramının ikinci mərhələsi keçirilir- Özəl

108

Dövlət Sosial Müdafiə Fondunda “Socieux+” texniki yardım proqramının ikinci mərhələsi keçirilir.

Sosialmedia.az xəbər verir ki, Proqram çərçivəsində Almaniyanın Pensiya Assosiasiyasının və Finlandiyanın Pensiya Mərkəzinin ekspertləri ilə birgə könüllü sosial sığorta sisteminin Azərbaycanda tətbiqi ilə bağlı uyğun strategiyanın formalaşdırılması müzakirə edilib.

Eləcə də layihənin effektivliyinin artırılması, könüllü sosial sığorta sisteminin gələcəkdə ölkəmizdə tətbiqinin cəmiyyət üçün üstünlükləri ilə bağlı fikir mübadiləsi aparılıb.