Sahibkarlarla növbəti görüş Xaçmaz rayonunda keçiriləcək- Özəl

80

Sosialmedia.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xaçmaz rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev küçəsi, Zəfər Parkında baş tutacaq. “Səyyar qəbul otağı” fevralın 2-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.