14 yaşlı qız dəm qazından boğularaq ölüb- Özəl

128

Bakıda 14 yaşlı qız hamamda dəm qazından boğularaq ölüb.

Sosialmedia.az xəbər verir ki, hadisə Yasamal rayonu, Alatava qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Xədicə Kərimova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır