Birləşərək atanı öldürdülər -ÖZƏL

113

Sosialmedia.az xəbər verir ki, ötən gün Sabirabadda 19 yaşlı oğlan atasını öldürüb.

Belə ki, araşdırmalar zamanı məlum olub ki, Sabirabad rayonunun Moranlı kəndində baş verən cinayəti 19 yaşlı İlkin İbadlı tək törətməyib. Ona bu işdə anası yardım edib.

O, anası Dilarə ilə birlikdə atası Adil İbadovun başına taxta parçası ilə xəsarət yetirib. Nəticədə kişi aldığı xəsarətdən ölüb. Məlumata görə, Adil İbadov ruhi xəstə olub.