Hatayda zəlzələdən sağ çıxan cütlük evləndilər-ÖZƏL

150

Sosialmedia.az xəbər verir ki, Hatayda zəlzələdən sağ çıxan Adem və Tülin cütlüyü məskunlaşdıqları Bursada həyatlarını birləşdirən evliliyə imza atıblar.

2 il əvvəl Hatayda tanış olub nişanlanan Adem Akçe (34) və Tülin Sümbül (29) Kahramanmaraşda baş verən zəlzələdə son anda evlərini tərk edə biliblər.

Arzuladıqları toy üçün aldıqları cehiz dağıntılar altında qalıb. Evləri dağılan cütlük Bursaya gəliblər.

Nigah günündə Tülinin bu sözləri duyğulu anlar yaşadıb: “İndi biz həyatımızı burada davam etdirmək istəyirik. Xatirələrimiz, aldığımız toy əşyaları Hatayda dağılan evimizlə birlikdə getdi. Şükürlər olsun ki, əlimiz, ayağımız var. Biz yenidən ev qura və əşyalar ala bilərik”.