Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş Elmi Simpozium keçirildi-ÖZƏL

226

Sosialmedia.az xəbər verir ki, Pasiyent Təşkilatları İttifaqı Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyilə birgə təşkil etdiyi Elmi Simpozium 120 nəfərdən çox müxtəlif sahədə çalışan tibb mütəxəssislərin böyük marağına səbəb oldu.

Tədbirin açılışında Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov, Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri Valeh Hüseynov, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin sektor müdiri Aynurə Zeynalova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament müdiri Hikmət İbrahimli,TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, TƏBİB-in departament müdiri Teymur Mirzəbəyli Simpoziumun keçirilməsinin vacibliyini vurğulayaraq Elmi Simpoziumun işinə müvəffəqiyyətlər arzulanmışdır. Habelə səhiyyə yönümlü Qeyri-Hökumət təşkilatları tədbirdə iştirakçı qismində olaraq elmi mövzuları dinləmişlər və nadir xəstəliklər haqqında maariflənmişlər.

Elmi Simpoziumda müxtəlif profillər üzrə rast gəlinən nadir xəstəliklər haqda Azərbaycanın aparıcı mütəxəssisləri tərəfindən danışılaraq mövzu ətrafında geniş müzakirələr aparılmışdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
TƏBİB
Fizioterapiya və Reabilitasiya Dr.Parvin Akberov