Azərbaycanın dəstəyi olmasa, bu il Avropada enerji stabilliyi olmayacaqdı-Öźəl

147

“Azərbaycanın dəstəyi olmasa, bu il Avropada enerji stabilliyi olmayacaqdı, çətinliklərlə üzləşəcəkdik”.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Serbiyanın keçmiş prezidenti Boris Tadiç qeyd edib.

“Vurğulamalıyam ki, bu il Azərbaycan qlobal arenada çox vacib rol oynayır, xüsusilə də enerji təhlükəsizliyi, geostrateji baxımından”.

“Mən illərdir ki, Azərbaycanın dostuyam, bilirəm ki, bu ölkə ötən illərdə hansı çətinliklərlə, böhranlarla üzləşib. Amma illə ərzində Azərbaycan inkişaf edib, bu çətinliklərin öhdəsindən gəlib”.

“Azərbaycan böyük işlər görüb. Xüsusilə də bu il Avropanın enerji təhlükəsizliyində çox vacib rol oynayıb”.