Pakistandan zəlzələ qurbanlarına “çadır” dəstəyi- Özəl

132

Sosialmedia.az xəbər verir ki, Pakistan hökuməti tərəfindən göndərilməsi gözlənilən 50 min çadır yardımı daşıyan 11-ci təyyarə Adana hava limanına eniş edib.

Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Pakistandan göndərilən humanitar yardım materiallarının zəlzələ qurbanlarına çatdırılması davam edir.

Pakistan hökumətinin 50 min çadır daşımaq üçün həyata keçirdiyi “xüsusi uçuş əməliyyatı” çərçivəsində Lahordan havaya qalxdıqdan sonra 11-ci təyyarə Adana hava limanına eniş edib.

İki ölkə arasında qurulan hava körpüsü ilə eyni gündə 3 təyyarənin gəlməsi ilə ümumilikdə 13 min 400 çadırın Türkiyəyə daşınması tamamlanıb.

Pakistanın Karaçi limanından yola düşən hər üç gəminin bu ay Mersinə çatması gözlənilir.