Sağlam Qadın Sağlam Cəmiyyətin Təməlidir” layihəsi davam edir-Özəl

150

Sosialmedia.az xəbər verir ki, Beyləqan rayonunda, “Səhiyyə və Sağlam Həyat” İctimai Birliyinin “Sağlam Gələcək Naminə” QHT Koalisiyası ilə birgə Azərbaycan Respublikası Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlam Qadın Sağlam Cəmiyyətin Təməlidir” layihısi çərçivəsində “Qadına Dəstək Mərkəzi”nin yaradılması tədbiri keçirilmişdir.

Yuxarıda qeyd etdiyimiz tədbir rayonun Diyarşünaslıq Muzeyində geniş auditoriya qarşısında ətraflı çıxışlar olunmaqla layihə barədə təlimlər keçirilmişdir.

Layihəyə münasibət bildirərək, Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İskəndərova yuxarıda qeyd etdiyimiz mövzuda fikirlərini qeyd etmişdir.

Tədbirdə “Sağlam Gələcək Naminə” QHT Koalisiyasının sədri Nərminə Qəribova, “Səhiyyə və Sağlam Həyat” İB-nin sədr müavini Könül Əlizadə və ekspert Aynur Zülfüqarova da çıxış etmişlər.