Blinken G20 liderlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı bəyanatı- Özəl

177

Sosialmedia.az xəbər verir ki, ABŞ dövlət katibi Blinken G20 liderlərinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı bəyanatını müdafiə edib və Kiyev bundan məyus olduğunu bildirib.

“Böyük iyirmilik ölkələri bu bəyanatda ərazi bütövlüyünün, suverenliyinin vacibliyini müdafiə etdilər və bu, çox aydındır” dedi Blinken.

ABŞ prezidenti Bayden də Ukraynada ədalətli sülhün bərqərar olması ilə bağlı sammit iştirakçıları arasında razılığın olduğunu bildirib.

Builki bəyannamədə Rusiyanın təcavüzkar kimi adı çəkilmir, lakin qeyd edilir ki, “bütün xalqlar hər hansı dövlətin ərazi bütövlüyü və suverenliyinə və ya siyasi müstəqilliyinə qarşı hərəkətlərdən çəkinməlidir”.

Bəyannamənin mətni üzrə danışıqlara Rusiyanın xarici işlər naziri Lavrov cəlb edilib.