Şəhidlərin Anım Günü ilə əlaqədar tədbir keçirildi- Özəl

247

Sosialmedia.az xəbər verir ki, bu gün 27 sentyabr şəhidlərin Anım Günü ilə əlaqədar mərkəzimizdə tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının himni ilə başladı.Uşaqlar Azərbaycan Respublikasında 2020 ci il sentyabrın 27 -dən noyabrın 10 qədər davam edən 44 günlük ikinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərimizin əziz xatirəsini yad etdilər.

Uşaqlara Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə rəşadət göstərən əsgər və zabitlərimiz , arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımızın birlik nümayiş etdirdiyi və düşmənə necə sarsıdıcı zərbələr endirildiyi haqda geniş məlumatlar verildi. Uşaqlara şəhidlərimizin şəkilləri paylanıldı.

Onlar vətənpərvərlik və şəhidlər haqqında şeirlər söylədilər.Kiçik yaşlı uşaqlara isə onların başa düşəcəyi tərzdə qəhrəmanlarımız haqqında danışdıq .Saat 12:00 da şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etdik.Allah şəhidlərimizə rəhmət eləsin.