Mövqelərimiz müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub-Özəl.

243

Sosialmedia.az xəbər verir ki, oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib.