İnfakt haqqında məlumat-Özəl

372

Sosialmedia.az xəbər verir ki, xalq arasında infarkt dediyimiz xəstəlik əslində tam tibbi adı miokard infarktıdır və bu xəstəlik ürəyi qidalandıran arteriaların tıxanması nəticəsində ortaya çıxır.

Ürəyi qidalandıran arterialar tıxanır və ürəyin qidalanması pozulur, nəticədə də ürək əzələsində xəsarətlər ortaya çıxır.
İnsanlar yaşa dolduqca ürəyin damarlarında, damar divarlarında xolesterin və yağ yığılır. Bu yığılmalar plak dediyimiz strukturları əmələ gətirir. Bu plaklar həm damarın özünü daraldır, bəzən də qopa bilir ki, bu da damarın tamamən tıxanmasına səbəb olur və miokard infarkt da bu şəkildə ortaya çıxır. 

Çox qısa zamanda damar darlığının açılması lazımdır. Bu plakların ortadan qaldırılması lazımdır. Əks halda ürəyin qidalanması uzun müddət pozulduğu zaman ürək çatışmazlığı dediyimiz əlamətlər də ortaya çıxa bilir, təəssüf ki…
İnfarktın əlamətləri nələrdir?
İnfarktın əsas əlaməti ürək nayihəsində olan ağrıdır. Bu ağrının əsas xarakterik özəlliyi odur ki, o basıcı və sıxıcı xarakterdə olur.

Adətən, bu ağrı çənənin sol tərəfinə, sol çiynə, hətta kürək nayihəsinə yayıla bilir.
Bir başqa diqqət etmək lazım olan xüsus isə bu ağrının müddətidir. İnfakt sırasında ağrı 5-10 dəqiqə kimi qısa müddətə, təəssüf ki, keçmir.