İcbari tibbi sığorta sistemi barədə ictimai rəyin öyrənilməsinə dair Sorğu keçirilir-Özəl

580

Hörmətli respondentlər,

İcbari tibbi sığorta üzrə göstərilən xidmətlərdən məlumatlılıq və məmnunluq səviyyəsinin öyrənilməsinə dair əhali arasında sorğu aparılır.

Sorğu USAİD Azərbaycan Missiyasının dəstəklədiyi ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzlə birgə icra olunan “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində baş tutan “Səhiyyədə ictimai iştirakçılıq və icbari tibbi sığorta haqqında maarifləndirmə təşəbbüsləri” adlı fəaliyyətlər sırasında həyata keçirilir.

Diqqətinizə çatdırırıq ki, sorğunun keçirilməsi zamanı anonimlik qorunur. Dəyərli vaxtınızdan beş dəqiqə ayırıb Sizdən sorğunu cavablandırmağınızı və sorğuda iştirak edə biləcək şəxslərlə paylaşmağınızı rica edirik.

Sorğunu aşağıda qeyd olunun linkə daxil olmaqla bir dəfə cavablandıra bilərsiniz.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfaNDDLXs20PY24O5hCwvfFth-4jOJwtRKrjv9XDfYw399QBQ/viewform
Sizin rəy və təklifləriniz icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində önəmli töhfə olacaq. Fikirləriniz bizim üçün çox dəyərlidir!

Öncədən təşəkkürümüzü bildiririk.

Hörmətlə,
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri,
Ziba Nəbiyeva